YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Natəvan Xurşidbanu

Natəvan Xurşidbanu Mehdiqulu xan qızı
 
Azərbaycanın görkəmli şairəsi. Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi
 
1832-ci il avqustun 15-də Şuşa şəhərində anadan olub.
 
Ailənin yeganə övladı, həm də Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” çağırırdılar.
 
İlk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlur, sonradan dövrün alim və sənətkarlarından dərs alır. Dini və dünyəvi elmlərə yiyələnir, ərəb və fars dillərini öyrənir. 
 
Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qohumları olan Qasım bəy Zakir, Mirzə Adıgözəl bəy, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlərin yaradıcılığı, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri əsas rol oynayır.
 
Xeyriyyəçi, mesenat və fəal ictimai xadim olan Natəvan Şuşada “Məclisi-üns” ədəbi məclisini təşkil edir və onun bütün xərclərini öz üzərinə götür, Şuşa şəhərinə “Xan qızı bulağı” adı ilə məşhur olan su kəməri çəkdirir. 
 
1850-ci ilin payızında rus ordusunun general-mayoru Xasay bəy Usmiyevə ərə gedən Xurşidbanu Dağıstana, оradan isə Tiflisə köçür.
 
1858-ci ildə təsadüfən Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə rastlaşır. Həyat yoldaşı Xasay xanın fransız dilini yaxşı bilməsi onların arasında dostluğun yaranmasına səbəb olur. Natəvan Dümaya öz əlyazmalarından birini hədiyyə edir. Düma isə ona gözəl bir şahmat bağışlayır. Həmin şahmat hazırda Nizami Gəncəvi adına ədəbiyyat muzeyində saxlanılır. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında məlumat Aleksandr Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.
 
1869-cu ildə Natəvan ikinci dəfə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getdiyinə görə bəy və mülkədarların qəzəbinə tuş gəlir. Ömrü boyu qınaq və töhmət içərisində yaşayır.
 
Xurşidbanu Natəvan yaradıcılığa ənənəvi şərq mövzusu və şeirlərlə başlayıb. “Gülün”, “Qərənfil” və sair qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunur. 16 yaşlı oğlunun ölümündən sonra isə “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və başqa bu kimi bədbin ruhlu şeirlər yazır. 
 
Xurşidbanu Natəvan 1897-ci il oktaybrın 1-də Şuşa şəhərində vəfat edir və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunur.
 
Adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və muzeylərdə saxlanılır. Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub.