YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nanə

 
 
Dalamazkimilər fəsiləsinə aid bitki 
 
Dünyada 25-30 növü var. Daha çox nəmli yerlərdə bitir. Bütün növləri çox ətirlidir.
 
Sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxuludur. İştahanı açır, əsəbləri sakitləşdirir, baş ağrısını yüngülləşdirir və qızdırmanı salır.
 
Bundan başqa nanə, həzm sistemi və mədə üçün də çox faydalıdır, bağırsaq qurdlarına qarşı effektivdir, ürək bulanmasını və mədə ağrısını önləyər. Diş ağrısını və ağız qoxusunu aradan qaldırmağa kömək edir, ana südünü artırır.
 
Nanədən əldə edilən yağdan dəridəki yanıq ləkələrini aradan qaldırmaqda və soyuqdan qaynaqlanan şişkinliyin müalicəsində istifadə edilir.