YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Reyhan

Ocimum
 
Dalamazkimilər fəsiləsinə aid bitki cinsi
 
Birillik ədviyyat bitkisidir. Vətəni Seylon adası və Hindistandır.
 
Hazırda dünyanın əksər ölkələrində toxum vasitəsilə əkilib becərilir.
 
Hündürlüyü 30-50 sm olan bu bitkinin yarpaqları yaşıl rəngli, xoş ətirli olur. Reyhandan ədviyyə kimi istifadə olunur və ya süfrəyə salat kimi də gətirilir. 
 
Xalq təbabətində əsəb sisteminin tənzimlənməsində, daxili xəstəliklərin müalicəsində istifadə olunur. 
 
Bitkinin yarpaq və zoğunda efir yağı, vitaminlər və aşılayıcı qatranlı maddələr var.