YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tayfa

Sinifli cəmiyyətə qədər olan dövrdə insanların sosial və etnik birliyinin əsas formalarından biri
 
İnsanların qəbilədən böyük olan birliyidir. Üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbiləni əhatə edirdi. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalırdı.
 
Tayfanın digər əlaməti ümumi ərazinin, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin) olmasıdır. 
 
Tayfaların erkən mərhələsinə Avstraliya aborigenlərini, son mərhələsinə isə Şimali Amerikanın hindu tayfalarını göstərmək olar. 
 
Mülki təbəqələşmə, əyanların və hərbi başçıların rolunun artması tayfaların dağılmasına gətirib çıxarır. Qalıqları quldarlıq və feodal dövrlərində də mövcud olub.
 
Hazırda bəzi xalqlar arasında bədəvilər, tuareqlər, puştular və başqaları kimi tayfa münasibətləri hələ də qalmaqdadır.