YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ünsizadə qardaşları

 
XIX əsrin axırı XX əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan naşir və maarifçiləri
 
1) Səid Əbdulrəhman oğlu Ünsizadə (Hami)
1845-ci ildə Şamaxıda doğulub.
 
“Ziya” və “Ziyayi Qafqaziyyə” qəzetlərinin naşiri və redaktoru olub. Əsasən İslam ideologiyasını təbliğ edib, “Hami” təxəllüsü ilə şeirlər yazıb. “Beyt əs Səfa” ədəbi məclisinin üzvü olan S.Ünsizadə 1883-cü ildə Tiflis şəhərində nəzmlə yazılmış qiraət kitabını nəşr etdirib.
 
1890-cı ildə Türkiyəyə köçüb.
 
2) Cəlaləddin Əbdulrəhman oğlu Ünsizadə
1854-cü ildə Şamaxıda doğulub.
 
Tərəqqipərvər müəllim, “Kəşkül” jurnal və qəzetinin naşiri və redaktoru olub. Ana dili ilə yanaşı rus, fars, və ərəb dillərini mükəmməl, fransız dilini isə qismən bilib. Jurnalistika və tərcüməçilik fəaliyyəti ilə məşğul olub, maarifçilik ideyalarını yayıb.
 
Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli və başqaları ilə dostluq edib. Onun yaratdığı “Kəşkül” mətbəəsində Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması (rus dilinə tərcümə ilə), Mixail Yuryeviç Lermontovun “Yel gəmisi” balladası, Aleksey Osipoviç Çernyayaevskinin “Vətən dili” (2-ci hissə), özünün “Hesab”, “Rus dili” dərslikləri və başqa kitablar çap olunub. 
 
“Kəşkül” bağlandıqdan sonra 1892-ci ildə Türkiyəyə köçüb.
 
3) Kamal Əbdulrəhman oğlu Ünsizadə
1857-ci ildə Şamaxıda doğulub.
 
“Məzhər” qəzetinin naşiri və redaktoru, eyni zamanda şəriət müəllimi olub. Yazılarında İslam ideologiyasını təbliğ edib.