YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şeir

Poeziyanın ən çox yayılmış növü, bədii təfəkkürün ritmik ifadə forması
 
Adətən bir-biri ilə qafiyələnən sətirlərdən – misralardan ibarətdir. İki misraya beyt, dörd misraya bənd deyilir. Bəzən bəndlərdə misraların sayı dörddən çox və ya az ola bilər.
 
Azərbaycan dilində şeir adətən üç - heca, əruz və sərbəst vəzndə yazılır. Heca vəznində yazılan şeirlərə Molla Pənah Vaqif, Səməd Vurğun və Mikayıl Müşfiq, əruz vəznində yazılan şeirlərə Nizami, Füzuli, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabir, sərbəst vəzndə yazılan şeirlərə Mikayıl Rəfili, Rəsul Rza yaradıcılığı misal ola bilər. 
 
Heca vəznində yazılan şeir nümunəsi:
 
Çox keçmişəm bu dağlardan, 
Durna gözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan arazları, 
Sınamışam dostu, yarı...
(Səməd Vurğun)
 
Əruz vəznində yazılan şeir nümunəsi:
 
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
(Məhəmməd Füzuli)
 
Sərbəst şeir nümunəsi:
 
Nənə qurşağı. 
Vətən torpağı. 
Çiçəkli bahar budağı. 
Göyərçin qanadları. 
Quzey qarı. 
Bir körpənin südə bulaşmış üz-gözü. 
Şorbaya yanböyür batırıb çıxardığı
qaşıqdan aldığı ləzzət. 
Şübhələrin dağıldığı gün. 
Dost əli. 
Açılmış düyün. 
İnsan adına layiq
işlər, işlər, işlər.
(Rəsul Rza)