YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Aslanov Həzi Əhəd oğlu

2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor.
 
1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub.
 
İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub.
 
1929–cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sora Kotovsk adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.
 
İkinci Dünya müharibəsi başlananda o, Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə o öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş ay dəf edərək, ağır tələfata uğradıb.
 
1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda göstərdiyi igidliyə və komandanlığın tapşırığını ləyaqətlə yerinə yetirdiyinə görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib. 
 
Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları vuruşa–vuruşa 40 km-dən artıq yol getmiş, Stalinqrad-Salsk dəmir yolunu tutmuş, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etmişlər. 
 
Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf etdilər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxardılar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942 –ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 
 
1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi o, Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya bitirib, sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdıb. 
 
1944-cü il martın 13-də ona tank qoşunları general mayoru rütbəsi verilib. 1944-cü il iyunun axırlarında Belorusiya və I Pribaltika cəbhəsinin qoşunlarının hücumu fonunda Aslanovun tankları Vilnüsə hərəkət edirlər və düşməni ağır itkiyə məruz qoyurlar. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası “Qımızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.
 
1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.
 
O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi igidlik göstərib.
 
Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak etmişdir.
 
1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənib.1945–ci il yanvarın 24-də Həzi Aslanov Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər xiyabanındadır.
 
Mükafatları
Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 “Qırmızı bayraq” ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 “Qırmızı ulduz” ordeni və medallarla təltif olunub.
 
1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçilik törədib. Bu ədalətsizlik ölümündən 47 il sonra, 1991-ci ildə ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməklə aradan qalxıb.