Гагарин Юрий Алексеевич
Sovet kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı, kosmosa uçan ilk insan.
1934-cü il martın 9-da Rusiyanın Gjatsk rayonunun Kluşino kəndində anadan olub.
1951-ci ildə Saratov aeroklubuna üzv yazılır. 1955-ci ildə Yak-18 təyyarəsində ilk sərbəst uçuşunu həyata keçirir. 1955-ci ildə hərbi xidmətə çağırılır və Çkalovdakı (indiki Orenburq) hərbi aviasiya məktəbinə göndərilir.
1959-cu ilin dekabrında kosmonavtlığa namizədlərin siyahısına daxil olmaq üçün ərizə verir. 1960-cı ildə kosmik uçuşlara hazırlıq komandasına qəbul edilir.
1961-ci il aprelin 12-də Baykonur kosmodromundan "Vostok-1" gəmisində ilə ilk dəfə yerətrafı orbitə çıxır. Kosmik fəzada 108 dəqiqə dövr edərək yerə qayıdır. 1961-ci il aprelin 14-də kosmosa uçuşundan iki gün sonra, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
1964-cü ildə Kosmonavtların hazırlığı mərkəzində rəis müavini vəzifəsinə təyin edilir, sovet kosmonavtları dəstəsinə rəhbərlik edir.
1968-ci il martın 27-də Kirjaçsk rayonunun Novosyolovo kəndi yaxınlığında MiQ-15 təyyarəsi ilə sınaq uçuşu zamanı qəzaya uğrayaraq həlak olur. Moskvada Kreml divarları önündə dəfn edilir.
11.10.2014