YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zəfəran

Crocus
 
Süsənkimilər fəsiləsinə aid olan bitki
 
Becərilmə tarixi 3 min il öncəyə gedib çıxır. Əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistan, Meksika, Türkiyə, Fransa, Misir, Əfqanıstan və Çində becərilir. 
 
Kökü -18°dən +40°-dək temperaturda inkişaf etmə qabiliyyətini saxlayır. Yüksək miqdarda su tələb edir ki, bu səbəbdən də o, dəmyə şəraitdə yağıntının miqdarı 1000-1500 millimetr olan Kəşmirdə yetişdirilə bilir.
 
Ərəbistanda da bu bitkiyə "zəfəran", İspaniyada "azafran", İngiltərədə "saffron", Fransada "safrane", İtaliyada "zaferano" Hindistanda "zuffron" deyilir.
 
Əsasən boyaçılıqda, əczaçılıqda və yeyinti sənayesində istifadə olunur. Bir qram zəfəran 100 litr suyu sarı rəngə boyaya bilir. Hazırda qiymətinin baha olması səbəbindən boyaq maddəsi kimi çox az istifadə olunur.
 
Zəfəranın əsas istehsalçısı İrandır. Bu ölkənin payına dünya istehsalının 65 faizdən çoxu düşür və o, hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir.
 
Dünyada zəfəranın 70 cinsinə aid 1800 növü məlumdur.
 
Zəfəran lap qədimdən dərman bitkisi kimi olunmağa başlayıb. Bu bitki iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərə qarşı müalicədə vasitəsidir.
 
Keçmişdə zəfəran Sovet İttifaqı ərazisində yalnız Azərbaycanda əkilirdi. Ölkəmizin, xüsusilə də Abşeron yarımadasının iqlim şəraiti zəfəranın becərilməsi üçün olduqca əlverişlidir. Buna görə də 1927-ci ildə Bilgəh kəndində “Zəfəran” sovxozu yaradılmışdı. Bu sovxoz ildə 150 kiloqram quru zəfəran istehsal edirdi. 1990-cı illərin ortalarında bir çox dövlət müəssisələri kimi bu sovxoz da dağıldı və hazırda zəfəran kiçik sahibkarlar tərəfindən yetişdirilir.