YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zürafə

Giraffa camelopardalis
 
Dünyanın ən hündür canlısıdır. Hündürlüyü 4-6 metr arasında dəyişir. Dərisinin rəngi qara və qəhvəyi xallardan ibarətdir. Təbii şəraitdə yalnız Afrikada, savannalarda və akasiya ağacının yetişdiyi açıq meşələrdə yaşayırlar. Anqola, Somali, Uqanda, Masay, Cənubi Afrika zürafələri və Torşəkilli zürafə yarımnövləri mövcuddur.
 
 
Maraqlı faktlar
Zürafələrin səs telləri yoxdur.
Yer üzündə ən böyük ürək və ən yüksək qan təzyiqinə malikdirlər. Dilləri qara rəngdə olur və uzunluğu 45 santimetrə çatır.
Addımlarının uzunluğu 6-8 metr olur.
Susuzluğa dəvədən də dözümlüdür.
Çox zaman ayaq üstə yatır, yıxılmamaq üçün başını iki budağın arasına qoyur.