YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yaxın Şərq

Qərbi Asiyanı və şimali Afrikanı əhatə edən region
 
Regionda əsasən türklər, ərəblər, farslar, kürdlər və bir çox başqa millətlər məskunlaşıb. Əhalisinin əsas hissəsini müsəlmanlar təşkil etsə də yəhudiliyin və xristianlığın da beşiyi sayılır. Avropa və Afrikadan Asiyaya əsas yol bu regiondan keçir.
 
Tarixi sivilizasiyanın yaranması ilə başlayan Yaxın Şərq bütün dövrlərdə siyasi, iqtisadi, dini və mədəni mərkəzlərdən olub. Zoroastrizm, iudaizm, xristianlıq, və islam dinləri, həmçinin Qədim Misir, Urartu, Şumer, Finikiya, Parfiya, Babilistan, Kolxida, Karfagen, Assuriya dövlətləri, Egey sivilizasiyası (Kritin Minoy və Kipr), Yəhudi çarlığı, Sasani və Osmanlı imperiyaları, Ərəb xilafəti bu regionda yaranıb.
 
Yaxın Şərqin müasir siyasi xəritəsi I Dünya müharibəsindən sonra Osmanlı İmperiyasının dağılması nəticəsində bir neçə müstəqil dövlətin yaranması ilə formalaşıb.
 
Böyük neft ehtiyatları XX əsrdən regiona yeni iqtisadi-siyasi maraq yaradıb. Soyuq müharibə dövründə Yaxın Şərq ABŞ və SSRİ arasında ideoloji mübarizə meydanına çevrilib. Hazırda siyasi cəhətdən stabil deyil.  İraqda və Suriyada vətəndaş müharibələri, Fələstin-İsrail münaqişəsi, Pakistanda və Əfqanıstanda siyasi vəziyyətin gərginliyi, Pakistan və Hindistan arasında Kəşmir problemi regionun əsas siyasi problemləridir.