YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kiyev Knyazlığı - Qədim rus dövləti

Киевская Русь - Древнерусское государство
 
Şərqi Avropada orta əsr dövləti
 
882-ci ildə bir sıra şərqi slavyan tayfaları tərəfindən yaradılıb. Paytaxtı Kiyev şəhəri olub. Yüksəlişinin pik dövründə ərazisi cənubda Tamansk yarımadası, qərbdə Dnestr və Visla çayı, şimalda Şimali Dvina ilə hüdudlanıb.
 
XI əsrin axırları XII əsrin əvvəllərindən zəifləməyə başlayır. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, Suzdal və Rostov torpaqlarında feodal aristokratiyası güclənir. Demək olar ki, bütün torpaqlar feodalların əlinə keçir. Torpaqsız qalan kəndlilər feodallardan asılı vəziyyətə düşürlər. Müxtəlif bölgələrdə çox böyük torpağa sahib knyazlar peyda olmağa başlayır.
 
Eyni zamanda şəhərlər böyüdükcə, əhalisinin sayı artdıqca onlar mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırırlar. Yerlərdəki iri feodallar da mərkəzi hakimiyyətin yox, öz knyazlarının ətrafında birləşərək, şəhərlərdə öz knyazlıqlarını yaradırlar. Mərkəzi hakimiyyəti tanımaqdan imtina edən və əlaqələri kəsən ilk knyazlıq Novqorod olur.
 
1097-ci ildə Knyazlar öz hakimiyyətlərini qanuniləşdirmək üçün Lübeçdə yığıncaq keçirərək, dövləti ayrı-ayrı müstəqil knyazlıqlara parçalayırlar. Kiyev torpağında Rostov, Suzdal, Pereyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minks, Tmutarakan knyazlıqları, Novqorod və Pskov feodal respublikaları meydana gəlir.
 
Dövlətin feodallıqlara parçalanması narazılığı və ədavəti daha da dərinləşdirir və knyazlıqlar daha kiçik hissələrə - udellərə bölünür. Beləliklə ölkənin müdafiə qabiliyyəti və iqtisadiyyatı daha da zəifləyir.
 
1237-1240-cı illərdə parçalanmış Kiyev Knyazlığı Monqolların yürüşləri nəticəsində işğal edilir, Qızıl Ordadan vassal asılılığına düşür və 1242-ci ildə tam süquta uğrayır.