YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mədinə Gülgün

Ələkbərzadə Mədinə Nurulla qızı
 
Azərbaycan şairəsi, əməkdar incəsənət xadimi
 
1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. 1938-ci ildə ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə, daha sonra Təbriz şəhərinə köçən Mədinə Təbriz Dram Teatrında çalışıb, “Azərbaycan” qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1945-1946-cı illərdə Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatında fəal iştirak edib. 
 
Həmin illərdə şeirləri Təbrizdə çıxan “Vətən yolunda” və “Azərbaycan” qəzetlərində dərc olunub. Şeirləri, həmçinin bir sıra xarici dillərə tərcümə edilib. Şairənin Bakıda və Moskvada “Təbrizin baharı” (1950), “Savalanın ətəklərində” (1950), “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953), “Təbriz qızı” (1956), “Firudin” (1963), “Dünyamızın sabahı” (1974), “Durnalar qayıdanda” (1983), “Dünya şirin dünyadır” (1989), “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni” (1978), “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları işıq üzü görüb.
 
“21 Azər” medalı və “Şərəf nişanı” ordeni ilə təltif olunub, Respublikanın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb.
 
Mədinə Gülgün 1992-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.