YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Faydalı qazıntılar

İnsanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlardır
 
Kimyəvi elementlər yer qabığında bərk minerallar yaradır. Minerallar birlikdə dağ süxurlarını təşkil edir. Sənaye tələbatına görə faydalı qazıntı yataqları aşağıdakı qaydada klassifikasiya edilir:
Mineral yanacaqlar (kömür, neft, qaz, torf və başqaları).
Qara metal filizləri (dəmir, titan, manqan, xrom və başqaları).
Əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və başqaları).
Qiymətli (nəcib) metal filizləri (qızıl, gümüş, platin, və başqaları).
Nadir metal və səpinti elementləri (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və başqaları).
Kimya sənayesi filizləri (daş duz, apatit, kükürd, flüorit və başqaları).
Sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv və başqaları).
Flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit və başqaları).
Tikinti materialları (üzlük daşlar, çınqıl, qum, gil, əhəngdaşı və başqaları).
Qiymətli daşlar (ametist, kvars, peqmatitlər və başqaları).
İçməli və mineral sular.
 
Qeyd olunan faydalı qazıntı yataqlarının əksəriyyəti Azərbaycanda mövcuddur. Bu yataqlarda 200-ə yaxın minerala rast gəlinir. Buna misal olaraq maqnetit, qranit, piroksen, obsidian, xlorit, kalsit, kvars, pirit, və başqalarını göstərmək olar. Bundan başqa ametist, dağ bülluru,  almandın kimi qiymətli və zərgərlik daşlarını xüsusi ilə qeyd etmək lazımdır.