YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ölüm hökmü

Ən yüksək cəza növü
 
Bir sıra ölkələrdə ağır cinayətlərə görə ölüm hökmü cəza növü kimi saxlansa da əksər ölkələrdə ondan imtina edilib. Hazirda ən yayılmış növü güllələnmə cəzasıdır. Bununla yanaşı zəhərli iynə, elektrik stulu, dar ağacı, başın vurulması və daşqalaq kimi üsulları da mövcuddur.
 
Dünyanın müxtəlif ölkələrində insan haqlarının pozulmasına "qarşı çıxan" ABŞ-ın həbsxanalarında bu gün də ölüm hökmünün icrasını gözləyən 973 məhkumun olduğu bildirilir. 
 
Azərbaycan ölüm hökmünü 1998-ci il fevralın 10-da ləğv edib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərin cəzası dəyişdirilib.
 
Ölüm hökmü müxtəlif üsullarla aparılır. Asılaraq öldürmə cəzası əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə tətbiq edilir və hökm ictimaiyyətin gözləri önündə icra olunur. İraqın keçmiş prezidenti Səddam Hüseynin və onun qardaşının asılaraq öldürülməsi televiziyada canlı olaraq yayımlanıb. 
 
Güllələmə ilə ölüm cəzası bir sıra Afrika ölkələri, həmçinin Rusiya, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. 
 
Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür.
 
Elektrik stolunda öldürmə əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində icra olunur. 
 
İnyeksiya yolu ilə, yəni zəhərli iynə vurmaqla icra edilən digər ölüm növü ABŞ, Qvatemala, Tailand və başqa ölkələrdə yerinə yetirilir. 
 
İran və Əfqanıstanda daşqalaq cəza növü mövcuddur. Əsasən zina edənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür. Bu ən ağır və əziyyətli ölüm növüdür.