YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Renessans və ya İntibah dövrü

Renaissance
 
Avropa mədəniyyəti tarixində Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı mərhələ
 
"Yenidən doğulma" mənasını verən Renessans termini ilk dəfə özünün müasir anlamında XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən işlədilib.
 
XIV əsrin əvvəlləri – XVI əsrin sonlarında Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin yeni, mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarması ilə səciyyəvidir.
 
Bu yeni mədəni münasibət Avropa cəmiyyətində baş vermiş köklü dəyişikliklər nəticəsində yaranmış, klassik yunan və Roma dəyərlərinin elmə, incəsənətə, cəmiyyətə, hakim dairələrə və insanların Orta əsr sosial təbəqələrdən qoparaq müstəqil fərdlərə çevrilmələrinə təsir göstərmişdi. 
 
Bir çox tarixçilər hesab edirlər ki, İntibah dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Florensiyadan, Dante Aligyeri (1265-1321) və Françesko Petrarkanın (1304-1374) yazılarından, Cotto di Bondonenin (1267-1337) rəsmlərindən götürür. Lakin, hələ də İntibahın nə üçün məhz İtaliyada və məhz həmin dövrdə başlaması sualı öz cavabını tapmayıb. 
 
Həmin vaxt Venesiya şərqlə ticarətdə Avropanın qapıları rolunu oynayır, Florensiya ipək və cəvahirat mərkəzi hesab olunurdu. Bu var-dövlət müxtəlif ictimai və şəxsi mədəni layihələrin həyata keçirilməsinə şərait yaradır və vətəndaşların təhsil almaq imkanlarını artırırdı. Bundan başqa tacirlər dünyanın müxtəlif yerlərindən maddi sərvətlərlə yanaşı yeni ideyalar, elmi biliklər, yazılı mənbələr gətirir, bu da öz növbəsində elm və mədəniyyətin inkişafına xüsusi təsir göstərir və Renessansa zəmin yaranırdı. 
 
Bəzi iddialara görə, isə Qərbdə çoxdan unudulmuş, lakin Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən "kəşf edilməsi" və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi İntibahın katalizatoru rolunu oynamışdı. Bundan başqa Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunması və bu riyazi biliklərin XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirilməsi, həmçinin Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən fəthi zamanı yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçması, özləri ilə bəzi klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini aparması da Qərbi Avropada mədəniyyətin sıçrayışlı inkişafına təkan vermişdi.
 
Digər bir versiyaya görə, Florensiyanın və Avropanın digər ölkələrində əhalinin kəskin şəkildə azalması ilə nəticələnən dəhşətli taun epidemiyasına düçar olması XIV əsr İtaliyasında insanların dünyaya baxışlarının dəyişməsinə, dünyəvi elmlərə daha çox maraq göstərməsinə səbəb olmuşdu.
 
XV əsrin sonunda özünün ən yüksək pilləsinə çatan İntibah dövrü ideyaları XVI əsrdə tənəzzül keçirməyə başlamış və bu da Avropa mədəniyyətində manyerizm və barokko cərəyanlarının meydana çıxması ilə nəticələnmişdi.