YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sabit Rəhman

Mahmudov Sabit Kərim oğlu
 
Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi
 
1910-cu il martın 26-da Şəkidə anadan olub.
 
1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdirdiyi felyetonlarla ədəbi fəaliyyətə başlayıb. 1931-ci ildə ilk hekayələr məcmuəsi dərc olunub. Bir çox hekayə və pyeslərin müəllifi olan Sabit Rəhman Azərbaycan kinokomediyasının banilərindəndir. O, məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", habelə "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, "Ulduz" musiqili komediyasının ssenarilərinin, "Yeddi gözəl" baletinin librettosunun müəllifidir.
 
Hekayə və povestlərlə yanaşı, "Nina" adlı roman yazıb.
 
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülən sənətkar iki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub.
 
1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
 
Hazırda Şəki dram teatrı Sabit Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində adına küçələr var.
 
Hekayələri:
"Şirin bülbül",
"Qudurğan",
"Mir Qasımın macəraları",
"Kölgələr",
"Mirzəkələntər",
"Xəyal plov",
"Nikolay taxtdan düşdü",
"Qohumlar".
 
Povestləri:
"Vəfasız",
"Son faciə".
 
Pyesləri:
"Toy",
"Xoşbəxtlər",
"Aşnalar",
"Aydınlıq",
"Əliqulu evlənir",
"Yalan". 
 
Kitabları:
"Pozğun" (hekayələr). Bakı, 1931,
"Şirin bülbül" (hekayələr). Bakı, 1933,
"Vəfasız" (povest). Bakı, 1933,
"Xəyalplov". Bakı, 1938,
"Son faciə" (povest). Bakı, 1939,
"Hüseyn Ərəblinski" (povest). Bakı, 1948,
"Hədiyyə". Bakı, 1949.