YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şəkər

Müasir dövrdə ən çox yayılmış qida məhsullarından biri
 
Sənaye istehsalı üçün əsas xammal şəkər qamışı və şəkər çuğunduru sayılır. 
 
Şəkər qamışının vətəni Hindistandır. Orta əsrlərdə şəkər qamışı Hindistandan Ərəbistana, Suriyaya, Misirə və Kipr adasına da yayılır. Hazırda qamışdan alınan şəkər ən çox Kubada, Braziliyada, Hindistanda, Puerto-Rikoda, Meksikada və Filippində, çuğundurdan alınan şəkər isə Avropanın bütün ölkələrində, Şimali Amerikada, Türkiyədə, İranda, İraqda və Suriyada istehsal olunur.
 
Dünyada ən nəhəng şəkər zavodu Fransada yerləşir və sutkada 25 min ton çuğundur emal edir. 
 
Azərbaycanda ilk şəkər zavodu 2003-cü ildə İmişlidə açılıb. Ölkəmizin torpaq-iqlim şəraiti şəkərliyi 17-19 faiz olan çuğundur yetişdirməyə imkan verir.