YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dekabristlər

Rus zadəgan inqilabçıları, 1825-ci ilin dekabrında mütləqiyyət və təhkimçilik quruluşuna qarşı silahlı üsyanın təşkilatçıları.
 
Üsyan I Nikolay tərəfindən yatırıldıqdan sonra P.Pestel, K.Rılayev, P.Kaxovski, S.Muravyov, M.Bestujev edam edilir, qalanları isə Sibirə və Qafqaza sürgün olunur. Dekabristlər üsyanını rus feodal təhkimçi mühiti cəmiyyətdə ədalətsizlik doğurmuşdu və rus milli şüurunun oyanmasının məhsulu idi. Təhkimçiliyin ləğvi, mütləqiyyətin devrilməsi, yaxud məhdudlaşdırılması, respublika və konstitusiyalı quruluşun yaradılması məqsədi daşıyırdı.
 
N.Muravyova konstitusiyalı monarxiya, Pestel respublika quruluşu təklif edirdilər. Daha radikal olan Pestel utopik sosializm ünsürlərinin, məsələn, torpağın bərabər bölgüsü ideyasının tərəfdarı idi.
 
Hərəkatda həm materialist və idealist, həm də dini-fəlsəfi baxışlara malik insanlar təmsil olunurdu. P.Borisov, İ.Yakuşkin, N.Kruyukov, N.Baryatinski, V.Rayevski materialist, P.Pestel, N.Turgenev deist, M.Lunin, V.Küxlbeker, Y.Obolenski idealist, M.Bestujev, V.Muravyov isə dindar idilər.
 
Dekabristlər üsyanı rus inqilabi fikrinin formalaşmasına, həmçinin Avropada gedən respublika hərəkatına müəyyən təsir göstərmişdi.