YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ləmbəranski Əliş

Ləmbəranski Əliş Cəmil oğlu 
 
Azərbaycanın Əməkdar Mühəndisi
 
1914-cü il mayın 10-da Şuşa qəzasının Ləmbəran kəndində (İndiki Bərdə rayonunun ərazisində) anadan olub. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Neft Akademiyasını) bitirib. Bakı şəhərindəki bir çox mühüm obyektlərin tikintisində böyük əməyi oub.
 
“Bağırov körpüsü”, “Dövlət sirki”, “Respublika sarayı”, “Qaqarin körpüsü”, Məişət Kondisionerləri zavodu, Yeni Bakı Neftqayırma zavodu, Musiqili Komediya Teatrı və digər bu kimi sənaye və mədəniyyət ocaqlarının tikintisi məhz Əliş Ləmbəranskinin adı ilə bağlıdır.
Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilib, SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın Əməkdar Mühəndisi adına layiq görülüb.
 
1999-cu ildə Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.