YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kiyev

 
Ukraynanın paytaxtı və ən böyük şəhəri
 
Ukraynanın mərkəzi hissəsində, Dnepr çayının sahilində şimaldan cənuba 50 kilometr, qərbdən şərqə isə 56 kilometr uzanan ərazidə yerləşir. Əhalisinin sayına görə Avropada yeddinci şəhərdir. Əfsanəyə görə, adını şəhərin baniləri hesab edilən üç qardaşdan ən böyüyü Kiyin adından götürüb. Başqa bir fərziyyəyə görə, şəhərin əsası qədim türklər tərəfindən qoyulub və adı qədim türk dilində “ki” yəni “iki”, “yev” yəni “ev” sözlərinin birləşməsindən yaranıb.
 
Tarixi boyu Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının, 1991-ci ildən isə müstəqil Ukraynanın paytaxtı olub. Ərazisi 10 rayona bölünüb. Əhalisi 3,2 milyon (2009) nəfərdir.