YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Merkel Angela

Angela Dorothea Merkel (Kasner)
 
Almaniyanın federal kansleri. 
 
Qızlıq soyadı Kasnerdir. 1954-cü ildə Hamburq şəhərində anadan olub. Elə həmin il ailəsi ilə birgə ADR-in Kvitsov şəhərciyinə, daha sonra isə Berlin yaxınlığındakı Templin şəhərinə köçüb. Məktəbi qızıl medalla bitirdikdən sonra 1973-cü ildə Leypsiq universitetinin fizika fakültəsinə daxil olub. 1990-cı ilə qədər Berlin şəhərində ADR Elmlər Akademiyasının fiziki kimya institutunda işləyib. 1986-cı ildə kvant kimyası üzrə dissertasiya müdafiə edib.
 
1980-ci ildən siyasətə qoşulan Angela Merkel 1989-cu ildə “Demokratik irəliləyiş” partiyasına, 1990-cı ildə isə “Xristian-demokrat ittifaqı” partiyasına daxil olub. Həmin il, Almaniyanın birləşməsindən sonra birinci ümumi Almaniya seçkilərinin nəticələrinə görə bundestaqın deputatı seçilib.
 
1991-ci ildə 37 yaşlı siyasətçi keçmiş kansler Helmut Kolun formalaşdırdığı Nazirlər Kabinetində qadınların və gənclərin məsələləri üzrə nazir təyin edilib. Ölkə tarixində ən gənc nazir olan Merkel daha sonra 1994-1998-ci illərdə ətraf mühit, təbiətin mühafizəsi və nüvə reaktorlarının təhlükəsizliyi üzrə nazir, 1998-2000-ci illərdə “Xristian-demokrat ittifaqı” partiyasının baş katibi, 2000-ci ildən isə bu partiyanın sədri (partiya tarixində bu vəzifəni tutan ilk qadın kimi tarixə düşüb) postunu tutub.
 
2002-2005-ci illərdə bundestaqda “Xristian-demokrat ittifaqı” və “Xristian-sosial ittifaqı” fraksiyasına başçılıq edən qadın siyasətçi 2005-ci il noyabrın 22-də Almaniya Federativ Respublikasının federal Kansleri seçilib və ölkə tarixində bu vəzifəni tutan ilk qadın və ən gənc kansler olub.
 
Ölkəyə rəhbərlik etdiyi illərdə reytinqi hər zaman yüksək olan Merkelin kansler olduğu dövrdə Almaniya iqtisadi və siyasi cəhətdən Avropanın liderinə çevrilib. 2009-cu ilin avqust ayında iqtisadi yüksəlişi bərpa edərək qlobal böhranın nəticələrini nisbətən tez aradan qaldıran ölkələrdən biri olub.
 
O, 2008-ci ildə Almaniyanın ali mükafatı olan “Xidmətə görə” ordeni ilə təltif olunub. Angela Merkel elə həmin il Niderland və Fransada keçirilən referendumlarda Avropa konstitusiyası layihəsinin iflası ilə əlaqədar Avropa İttifaqında başlayan böhranın aradan qaldırılmasında roluna görə Böyük Karl adına Beynəlxalq mükafata layiq görülüb.
 
2014-cü ildə Merkel Forbes jurnalının versiyasına görə 8-ci dəfə dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edib. İngilis və rus dillərində sərbəst danışır.