YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şekspir Uilyam

Şekspir Uilyam 
 
Shakespeare William 
 
İngilis dramaturqu və şairi. 1564-cü il aprelin 26-da İngiltərənin Stratford şəhərində anadan olub. 1585-ci ildə London şəhərinə köçən Şekspir həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edən nadir dramaturqlardan biridir. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Maqbet", "Kral Lir" pyesləri dünya ədəbiyyatının nadir incilərindən sayılır. Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərib. Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub, Pyesləri dünyanın əksər teatrlarında tamaşaya qoyulub. Onun 38 pyesi, 154 soneti, 4 poeması və 3 epitafiyası bizim dövrə qədər gəlib çatıb. 1613-cü ildə doğma şəhəri Stratforda qayıdıb və 1616-cı il aprelin 23-də burada vəfat edib. Müqəddəs Üçlük kilsəsində dəfn olunub. Şekspirin əsərləri Azərbaycanda da dəfələrlə səhnəyə qoyulub.