YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cavanşir

Qafqaz Albaniyasının hökmdarlarından biri, Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi.  Anadan olduğu vaxt dəqiq bəlli deyil. Girdman dövlətinin ilk hakimi, bütün Albaniyanın knyazı Mehrani Qriqor Varazın oğludur. Atası Qriqorun göstərişi ilə Cavanşir ərəb-sasani müharibələrində Sasanilər tərəfində döyüşüb. 637-ci ildə baş vermiş Kadisiyyə döyüşündə xüsusən fərqləndiyinə görə Sasani şahı II Yezdəgerd tərəfindən qızıl kəmərlə, qızıl dəstəkli qılıncla mükafatlandırılıb və başına qızıl tac qoyulub. 638-ci ildə ərəb ordusu Sasani dövlətinin paytaxtı Ktesifonu mühasirəyə aldığı zaman Cavanşir, 6 ay sasanilərin tərəfində şəhərin müdafiəsində dayanıb. Sasanilər hakimiyyətinin sonunun yaxınlaşdığını, Ərəb Xilafətinin gücləndiyini görən Cavanşir müqavimət göstərməyin faydasız olduğunu dərk edərək 640-cı ildə Girdimana qayıdıb. 642-ci ildə atası Qriqor Varazın vəfatından sonra hakimiyyət başına keçən Cavanşir hökmdarlığın mərkəzi iqamətgahını və paytaxtı Partav (Bərdə) şəhərinə köçürüb. Xəzərlərlə sülh bağlayaraq Xəzər xaqanının qızı ilə evlənib.
O, eyni zamanda 654-660-cı illərdə Bizans imperatoru II Konstantinlə siyasi müttəfiqliyə dair müqavilələr imzalasa da sonradan Bizansın zəifliyini görüb ərəblərlə danışıq aparmağa məcbur olub. Bu məqsədlə 667-670-ci illərdə Xilafətin paytaxtı Şam (Dəməşq) şəhərinə səfər edərək xəlifə Müaviyə ilə görüşüb. Danışıqlar Albaniyanın, daxili müstəqilliyinin saxlanması şərtilə, ərəb xilafətindən asılılığı qəbul etməsi ilə nəticələnib. Bundan başqa, Cavanşir Xilafət xəzinəsinə ödəniləcək vergilərin üçdə birə qədər azaldılmasına da nail olub. 
Alban hökmdarı Cavanşir Xilafətlə aparılan danışıqlardan narazı qalan Bizanspərəst feodallar tərəfindən 681-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilib. Ondan sonra hakimiyyətə qardaşı oğlu Varaz Tiridat keçib.