YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Savalan dağı

Güney Azərbaycanda dağ. İran İslam Respublikasının Ərdəbil şəhəri yaxınlığında yerləşir. Geoloji olaraq yatmış vulkandır. Qərbdə eni 20, şərqdə 40 kilometrə qədərdir. Ən uca nöqtəsi 4811 metr olan Savalan Cənubi Azərbaycanın ən hündür dağıdır. Zirvəsi daim qarla örtülü olan Savalan dağının ərazisində dağ-xizək idmanı və çoxlu sayda turist bazaları yerləşir. Alpinizm üçün əlverişlidir. Ətəyində qədim Azərbaycan şəhərləri olan Ərdəbil, Sərab və Meşkin,  həmçinin Ərşə mahalı yerləşir. Dağın qar ərintiləri  şimalda Araza, cənubda isə Urmiya gölünə qədər olan ərazini su ilə təmin edir.