YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Evklid

Qədim yunan riyaziyyatçısı, ilk riyaziyyat traktatının müəllifi. Bizim eradan əvvəl 325-ci ildə anadan olub. Afina qəbiləsindən olan Platondan dərs alıb. Qədim Yunanıstanın ən böyük astronomu olan Klavdi Ptolemeyin dəvəti ilə İsgəndəriyyə şəhərinə gələrək, orada riyaziyyat məktəbi təşkil edib. “Başlanğıclar” əsərində planimetriya, stereometriya və ədədlər nəzəriyyəsinə aid bir çox məsələlərin həllini verib. Onun ərəb dilinə tərcümə olunmuş “Fiqurların bölünməsi haqqında” və digər əsərləri günümüzə qədər gəlib çatıb. 
 
Evklid öz zamanında mövcud olan dağınıq həndəsi bilikləri sistemləşdirərək həndəsi isbat metodunu yaradıb. O, həndəsəni beşi aksiom, beşi də postulat olmaqla 10 ilkin mülahizə əsasında sistemləşdirib. Bu qaydaya görə, bütün sistem ilkin mülahizələrin üzərində qurulur. Aksiomlar ümumi, postulatlar isə sırf həndəsəyə aid mülahizələrdir. Paralel xətlər haqqında Evklidə məxsus olan 5-ci postulatda deyilir: müstəvi üzərində düz xətt və xəttin üzərində olmayan nöqtədən bu xətlə kəsişməyən yalnız bir düz xətt keçirmək olar. Bu postulata əsaslanan həndəsə Evklid həndəsəsi adlanır. XIX əsrdə 5-ci postulatı sübut etmək cəhdləri qeyri - Evklid (Lobaçevski, Riman, Hilbert) həndəsələrinin yaranmasına səbəb olmuşdu.