YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Göygöl gölü

Azərbaycanın ən iri göllərindən biri
 
Azərbaycanın qərbində, Göygöl rayonu ərazisində, Murovdağ zirvəsinin şimal yamacında, Kəpəz dağının ətəyində Ağsu çayının dərəsində yerləşir. Şəmkirçay hövzəsinə aiddir.
 
Dəniz səviyyəsindən hündürlüyü 1556 metr, sahəsi 0,78 kvadrat kilometr, orta dərinliyi 30 metr, ən dərin yeri isə 96 merdir. Uzunluğu cənubdan şimala 2800 metrə, ən enli yeri isə 800 merə çatır. Əsasən yağıntı və Yuxarı Ağsu çayının suları ilə qidalanır.
 
Göygöl 1139-cu ildə Gəncə şəhəri yaxınlığında baş verən dağıdıcı zəlzələ zamanı Kəpəz dağının zirvəsinin dağılaraq Ağsu çayının dərəsini bağlaması nəticəsində əmələ gəlib.
 
Flora və faunası: Gölün ərazisində 423 növ bitki, o cümlədən dərman bitkiləri bitir. Onların 76 növü ağac və kol, digərləri isə ot örtüyünə aiddir. Gölün sahilləri boyu maral, cüyür, ayı, qaban, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxlu kirpi, meşə pişiyi, vaşaq məskunlaşıb. Göldə həmçinin forelə rast gəlmək olur.
 
Göl 1965-ci ildə təbiətin və heyvanat aləminin qorunması məqsədi ilə yaradılan Göygöl qoruğunun ərazisinə aiddir.