YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Atlantik okeanı

Şimali və Cənubi Amerika materikinin şərq hissəsi, Avrasiya və Afrika materiklərinin qərb hissəsi arasında yerləşən okean
 
Sahəsi 91,56 milyon kvadrat kilometr, orta dərinliyi 3600 metr, ən dərin yeri isə 8742 metrdir (Puerto-Riko çökəkliyi).
Dibinin relyefi Meridial Mərkəzi Atlantik dağ silsiləsindən təşkil olunub.
Sularında bir və çoxhüceyrəli orqanizmlər, balıq, delfin balina və başqa heyvanlar yaşayır.
Ərazisindən Şimali Passat, Holfstrim, Şimali Atlantik, Cənubi Passat, Braziliya isti cərəyanları, həmçinin Labrador, Kanar, Bengel, Qərb küləkləri soyuq cərəyanları keçir.
Əlavə məlumat: Atlantik Okeanı öz adını Afrikanın şimal-qərbində yerləşən Atlass dağlarından, digər versiyaya görə mifik Atlantida qitəsindən, üçüncü versiyaya görə isə titan Atlasın (Atlanta) adından götürüb. Atlantik Okeanı şərti olaraq ekvator xəttinin ayırdığı Şimal və Cənub nahiyələrinə bölünür.