YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cəbrayılov Əhmədiyyə Mikayıl oğlu

II Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü
 
1920-ci il sentyabrın 22-də Şəki rayonunun Oxud kəndində anadan olub. 1938-ci ildə Şəki kənd təsərrüfatı texnikumunu bitirib.
 
1942-ci ildə hərbi xidmətə çağırılıb və 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunub, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edib. Həmin ilin aprel və ya may aylarında ağır yaralanaraq əsir düşüb. Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrində saxlanılıb. Daha sonra Fransanın cənubuna, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilib.
1943-cü ildə əsir düşərgəsindən qaçaraq Fransa müqavimət hərəkatınin 4-cü eskadronuna qoşulub. "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və başqa ləqəblərlə tanınıb. Bir neçə uğurlu əməliyyatlardan sonra almanlar tərəfindən başına 10 min marka mükafat təyin edilib.
 
1944-cü ildə əvvəlcə Kaberta partizan dəstəsinə, daha sonra kapitan Delplankın komandanlıq etdiyi Düma gizli ordusuna keçib. Bu dəstənin tərkibində Tarn və Qaronun azad edilməsi uğrunda gedən bütün döyüşlərdə iştirak edib.
 
Parisin azad olunmasında da fəal iştirak edən Əhmədiyyə bundan sonra general Şarl de Qoll ilə görüşüb. Avqustun 28-də Montobanda yaradılan 3-cü briqadanın tərkibbində Vozj və Elzas uğrunda gedən döyüşlərə qoşulub. Təxribatlarda və xüsusi əməliyyatlarda fərqləndiyinə görə Fransa Kommunist Partiyasının baş katibi Moris Torez tərəfindən şəxsi tapança ilə təltif edilib.
 
Müharibədən sonra, 1946-cı ildə Fransanın Fəxri Legion ordeni və digər medallarla təltif olunan Əhmədiyyə Şarl De Qolun köməyi ilə vətənə qayıdıb. Lakin burada vətən xaini kimi qəbul olunaraq repressiyalara məruz qalıb və mükafatlarının bir hissəsi əlindən alınıb.