YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çörçill Uinston Leonard Spenser

İngilis siyasi və dövlət xadimi, yazıçı
1874-cü ildə Böyük Britaniya Krallığının Oksfordşir qraflığının Malboro hersoqlarına məxsus Blenheym sarayında anadan olub.
Nüfuzlu İton kollecini və Herrou məktəbini, daha sonra Sandxörst Kral hərbi məktəbini bitirib. 1895-ci ildə kiçik leytenant rütbəsində Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak edib.
Həmin il “Deyli Qrafik” qəzetinin hərbi müxbiri kimi yerli əhalinin ispanlara qarşı başlayan üsyanını işıqlandırmaq məqsədi ilə Kubaya göndərilib.
1896-1897-ci illərdə Hindistanın şimal-qərb sərhədində xidmət etdiyi dövrlərdə "Malakand səhra hissələrinin tariхi" kitabını, habelə "Savranola, Lauraniyada inqilabın tariхi" romanını yazıb.
1899-cu ildə Çörçill həm zabit, həm də "Morninq Post" qəzetinin hərbi müхbiri kimi lord Kitçenerin rəhbərliyi ilə Sudana göndərilən Nil ekspedisiyasında iştirak edib. Topladığı materiallar əsasında "Çay müharibəsi. Sudanın yeni fəthinin tariхi" kitabını çap etdirib.
1899-1902-ci illərdə Cənubi Afrikada İngilis-Bur müharibəsində iştirak edən Çörçill döyüşlərin birində əsir düşsə də, qaçmağı bacarıb.
1900-cü ildə mühafizəkarlar partiyası sıralarından parlamentə üzv seçilib. Bundan sonra isə liberalların tərəfinə keçib.
1915-ci ildə onun təşəbbüsü ilə ingilislər və onların müttəfiqləri İstanbulu işğal etmək məqsədi ilə Dardanel əməliyyatına başlayırlar. Uğursuzluğa düçar olan bu əməliyyatdan sonra İngiltərədə hökumət böhranı baş verir və Çörçill istefaya getməyə məcbur olur.
Müxtəlif illərdə koloniyalar naziri, ticarət naziri, daxili işlər naziri hərbi dəniz naziri vəzifəsində çalışan Çörçill 1917-ci ildə Rusiyada oktyabr inqilabından sonra, bolşeviklərə qarşı "14 dövlətin yürüşü" planını hazırlayıb.
1918-1922-ci illərdə hərbi nazir və aviasiya naziri, 1924-1929-cu illərdə isə maliyyə naziri olub.
1923-1929-cu illərdə Çörçillin müəllifi olduğu və Birinci Dünya müharibəsinin tariхini əks etdirən dörd cildlik "Dünya böhranı" kitabını ingilis tariхçisi Troper-Rover "tariхdə ən parlaq hərbi memuarlar" kimi dəyərləndirib.
1929-1939-cu illərdə Çörçill öz nəslinin tarixinə müraciət edərək bütün qüvvəsini "Malboro. Onun həyatı və dövrü" əsərini yazılmağa sərf edib.
1940-cı il mayın 10-da faşist Almaniyasının Fransaya hücumundan sonra müdafiə naziri vəzifəsinə təyin olunan Çörçill daha sonra nümayəndələr palatasının sədri seçilib. Elə həmin il mühafizəkarların lideri kimi Böyük Britaniyanın Baş naziri postunu tutub.
Antisovet baxışları ilə seçilən siyasətçi 1943-cü ildə antihitler koalisiyası liderlərinin – SSRİ, ABŞ və Böyük Britaniyanın iştirakı ilə keçirilən Tehran konfransında 2-ci cəbhənin açılmasına qəti etirazını bildirib.
1945-ci ildə Almaniyanın kapitulyasiyasından sonra ABŞ ordusunun şərqə doğru irəliləməsini tələb edib. Sovetlər İttifaqının, Birləşmiş Ştatların və Britaniya hökumətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın işğal zonalarının sərhədləri  müəyyən edilərkən Sovet İttifaqına güzəştə getməməyə çağırıb.
1946-cı il martın 5-də Uinston Çörçill Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Fulton şəhərindəki Vestminster kollecində səsləndirdiyi "Sülhün əzələləri" adlı çıxışında Qərb demokratiyasını kommunizm təhlükəsinə qarşı birləşməyə və ingilisdilli xalqların qardaşlıq assosiasiyasını yaratmağa səsləyib və sovetlərə qarşı "dəmir pərdə"nin yaradılması ideyasını irəli sürüb.
1948-1954-cü illərdə altı cildlik "İkinci Dünya müharibəsi" əsərini yazıb.
1951-ci ildə yenidən Böyük Britaniyanın Baş naziri olan Çörçill 1955-ci ilin aprelində səhhətinin pisləşməsi ilə əlaqədar hakimiyyətdən gedib.
1953-cü ildə Uinston Çörçill "tariхi və bioqrafik xarakterli əsərlərinin böyük ustalığına, habelə ən yüksək insani dəyərlərin müdafiəsinə yönəlmiş parlaq natiqlik məharətinə görə" Nobel mükafatına layiq görülüb. O, ədəbiyyat sahəsində Nobel mükafatı alan ilk və yeganə hökumət başçısıdır.
Həyatının son on ilində depressiyadan əziyyət çəkən və ruhi sarsıntılar keçirən siyasətçi tənhalığa çəkilib və bu dövrdə dörd cildlik "İngilisdilli хalqların tariхi" tədqiqat əsərini tamamlayıb.
1965-ci il yanvarın 24-də 90 yaşlı Uinston Leonard Spenser Çörçill London şəhərində vəfat edib və Vudstok şəhərciyinin yaxınlığında yerləşən Bleydon kənd qəbiristanlığında dəfn olunub.
2002-ci ildə Birləşmiş Krallıqda "BBC" telekanalının 1 milyondan çox insanın iştirak etdiyi sosioloji sorğuda Uinston Çörçill bütün dövrlərin ən dahi britaniyalısı seçilib.