YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ölü dəniz

Ölü dəniz
Al Baxr Al Mayyum
 
İsrail və İordaniya arasında axarı olmayan duzlu göl
 
Dünyanın ən alçaq yeri kimi məşhurdur. Bu dənizin suyu müalicəvi və faydalı minerallarla zəngindir. Suyundan kosmetik vasitələrin hazırlanmasında geniş istifadə edilir. Müalicəvi effektlərinə görə sahillərində çoxsaylı kurort müəssisələri və spa mərkəzləri yerləşir. Mineralların sudakı bolluğu dəri xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.
 
Ekspertlər Ölü dənizin səviyyəsinin getdikcə aşağı düşdüyünü və müəyyən vaxtdan sonra tamamilə quruyacağını bildirirlər. Buna səbəb kimi ekspertlər Ölü dənizin yeganə mənbəyi olan İordan çayında suyun azalmasını göstərirlər. İordan çayının hövzəsində yaşayan insanlar bu çayın suyundan hazırda əvvəlki zamanlara nisbətən daha çox istifadə etməyə başlayıblar.
 
Ölü dənizin suyunun azalması turizmin inkişafına da ciddi təsir göstərir. Belə ki, illər öncə Ölü dənizin sahilində yerləşən müalicə müəssisələri hazırda dənizdən təxminən 1 kilometrə qədər uzaqda qalıb.