YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yer

Yer
Terra
 
Günəş sistemində üçüncü planet
 
Orbiti Venera və Mars planetlərinin arasında yerləşir. Günəş sistemində böyüklüyünə görə 5-ci, yer qrupu planetləri içərisində isə ən böyük planetdir. Yeri bəzən mavi planet də adlandırırlar.
Geoid quruluşdadır (qütblərdən batıqdır),
 
Yerin fırlanma oxu orbital səthinə nisbətən 23,44 dərəcə maili yerləşir və bu da onun səthində iqlim dəyişikliklərinə səbəb olur. Öz oxu ətrafında 23 saat, 56 dəqiqə, 4,091 saniyə, Günəş ətrafında 365,26 gün ərzində, saniyədə 29,78 kilometr sürətlə dövr edir.
 
Təqribən 4-5 milyard il bundan əvvəl yarandığı ehtimal edilir. Yeganə təbii peyki Aydır.
Yerin atmosfer, hidrosfer, biosfer və litosfer kimi dörd konsentrik örtük qatı var.
 
Səthi 510 milyon kvadratkilometrdir. Bunun 362 milyon kvadrat kilometri və ya 71 faizi okean və dənizlər, 148 milyon kvadratkilometri və ya 29 faizi quru əraziləridir.
Yer qabığının qalınlığı Himalay, Pamir, Qafqaz dağları altında 60-80 kilometr, sualtı silsilələr altında 20-30 kilometrdir.
 
Planetin ən yüksək zirvəsi olan Everest (8848 metr), ən dərin yeri isə Sakit okeandakı Marian çökəkliyidir (11.034 metr).