YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ladoqa gölü

 
Sahəsinə görə Avropada ən böyük göldür (17,6 min, adalarla birgə 18,1 min kvadratkilometr). Su kütləsinin həcmi 908 kubkilometrdir. Uzunluğu cənubdan şimala doğru 219, ən enli yeri 138 kilometrdir. Şimalda dərinliyi 70-230, cənubda 20-70 metr arası dəyişir.
 
Dəniz səviyyəsindən 4,84 metr yüksəklikdə yerləşir. Dekabrdan may ayınadək buz bağlayır.
 
Ladoqa gölündə 660-a yaxın ada var. Gölə tökülən 35 caydan ən iriləri Volxov, Svir, Vuoksa çaylarıdır. Neva çayı mənsəbini bu göldən götürür. Sahillərində Leninqrad vilayətinin Priozyorsk, Yeni Ladoqa, Şlisselburq, Kareliyanın Sortavala, Pitkyaranta, Laxtenpoxya şəhərləri yerləşir.
 
Suyu şirin, hidrokarbonat və kalsiumla zəngindir. Mühüm limanları Petrokrepost, Priozyorsk, Sortavala, Sviritsadır. Leninqradın blokadası illərində şəhərin təchizat və müdafiəsində mühüm rol oynamış, donmuş göldən avtomobil yolu kimi istifadə edilmişdi. Şəhərin müdafiəçiləri onu “həyat yolu” adlandırırdılar.