YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Macarıstan

Macarıstan
 
Magyarország
 
 
 
Coğrafi mövqeyi – Mərkəzi Avropada yerləşir.
 
Sahəsi – 93,03 min kvadratkilometrdir.
 
Əhalisi – 9,937 milyon nəfərdir (2011).
 
Paytaxtı – Budapeşt şəhəridir.
 
Rəsmi dili – Macar dilidir.
 
Ərazi bölgüsü – 19 medyedən (megye) ibarətdir. Budapeşt xüsusi statusa malikdir.
 
Sərhədləri – Şərqdə Rumıniya, şimal-şərqdə Ukrayna, cənubda Serbiya, Xorvatiya, Sloveniya, qərbdə Avstriya, şimalda Slovakiya respublikaları ilə həmsərhəddir. Dənizə çıxışı yoxdur.
 
Pul vahidi – 1 forint = 100 filler.
 
Dövlət başçısı – Macarıstan Prezidentidir.
 
Dövlət quruluşu – Parlament respublikasıdır.
 
1999-cu ildən NATO-nun, 2004-cü ildən isə Avropa İttifaqının üzvüdür.