YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Din

İnsanları öz ixtiyarları ilə xeyrə sövq edən ilahi qanunlar məcmusudur.
 
Bu ilahi qanunlar Allah tərəfindən göndərilən fövqəladə fitrətə sahib insanlar, yəni peyğəmbərlər tərəfindən təbliğ və təmsil olunub.
Dinlər iki yerə ayrılır - vəhyə əsaslanan və əsaslanmayan.
 
Vəhy dinləri eyni prinsiplərə əsaslanaraq, eyni həqiqətləri vurğulayırlar. Allah tərəfindən göndərilən hər bir peyğəmbər ümumi prinsiplər baxımından dövrün ehtiyaclarına və şərtlərinə uyğun olaraq, əvvəlki dinin davamını gətirib, onu təkmilləşdirib, tamamlayıb, özündən əvvəlki peyğəmbərlərin şəriətini təkrarlayıb, vəziyyətə və şəraitə görə bəzi əlavələr edib. İzah tələb edən xüsusları şərh edərək yenilənməli olan məsələləri yeniləyib. Onların missiyası həmişə eyni olub: tövhid, peyğəmbərlik, həşr və ibadəti təbliğ etmək.
 
Allah Təala hər bir peyğəmbərə göndərdiyi qövmlərin elm və dünyagörüşü səviyyəsinə, problemlərinin keyfiyyəti və ehtiyaclarının növünə uyğun təfərrüatlı əmrlər verib, xüsusi qanunlar qoyub.
 
Məhz bu əsas prinsipdən ayrılmadan zaman boyu gətirilən şəriətlərdə ikinci dərəcəli mövzularla əlaqəli dəyişiklik nəzərə çarpır. Amma bu dəyişikliklərin heç biri əsl şəriətin ruhuna toxunmayıb və təfərrüat çərçivəsindən kənara çıxmayıb.
 
Vəhy dini olduğu və orijinallığını qoruyub saxladığı üçün İslam dini haqq dindir. Yəhudilik və Xristianlıq vəhyə əsaslansa da, zaman keçdikcə səmavilik xüsusiyyətini tam hifz edə bilməyib. Bununla yanaşı, bu dinlərin kitabları ilə Quran arasındakı ortaq xüsusiyyətlər və paralellər çoxdur.
 
İlahi vəhyə əsaslanmayan dinlər isə batil dinlərdir.
Bundan başqa dinə bənzər bəzi təşkilatlar da vardır ki, bunlar nə bir peyğəmbərə, nə də bir vəhyə əsaslanır.
 
Ümumi konsepsiyaları: Aqnostizm, Apateizm, Deizm, İqnostisizm, İtsizm, Panenteizm, Panteizm, Politeizm, Teizm.
Səmavi dinlər: İslam, Yəhudilik, Xristianlıq.
 
Dxarmik dinlər: Buddizm, Djaynizm, İnduizm, Sikxizm.
Uzaq şərqin ənənəvi dinləri: Daosizm, Konfutsizm, Sintoizm.
 
Ümumi anlayışları: Allah, iman, günah, ehkam, ruh, qəlb, axirət, mərasim, müqəddəslik, müqəddəs kitablar, qədər, məbəd.