YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əzimzadə Əzim Aslan oğlu

Azərbaycanın Xalq Rəssamı, Azərbaycan karikatura sənətinin banisi.
 
1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub.
 
İbtidai təhsilini rus-tatar məktəbində alıb. Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib.
 
1906-cı ildən başlayaraq karikaturaları məşhur "Molla Nəsrəddin" jurnalında dərc olunub. Bundan başqa "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və digər jurnallarla da əməkdaşlıq edib.
 
Əzimzadə əsərlərinin əsas mövzusunu xalqın məişətindən götürüb. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olub. "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi karikaturalar çəkib.
 
"Köhnə Bakı tipləri" və "100 tip" əsərləri özündə dövrün sosial ədalətsizliklərini qabarıq əks etdirir.
 
Əzim Əzimzadə M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoyub. Onun teatrlar üçün hazırladığı geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.
 
1927-ci ildə Azərbaycan Xalq Rəssamı adını alıb.
Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. 1932-1937-ci illərdə Azərbaycan Rəssamlıq Texnikumunda direktor işləyib.
 
1943-cü il may ayının 15-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub. Bakı Rəssamlıq Texnikumu onun adını daşıyır.