YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qarışqa

Qarışqa yüksək təşkilatçılığa malik və Yer üzərində çoxsaylı həşəratlardan biridir.
 
Onlar həmçinin planetimizin ən qədim sakinlərindəndir. Qarışqalar təxminən 120 milyon ildir ki, burada yaşayırlar.
 
Hazırda 10 minə yaxın qarışqa növü mövcuddur. Onların ölçüləri müxtəlifdir. Təbiətdə ölçüsü 1 millimetrdən tutmuş 4 santimetrlik nəhəng qarışqalara rast gəlmək olar.
 
Qarışqalar öz aralarında lamisə və eşitmə orqanları vasitəsi ilə ünsiyyət qurur. Bununla yanaşı iybilmə ünsiyyətləri daha çox inkişaf edib. Onun köməyi ilə həşəratlar digər fərdlərə qidaya doğru istiqaməti və yolu başa salır, təhlükə barədə xəbər verirlər.
 
Qarışqalar təsərrüfatlara böyük xeyir verirlər. Hesablamalara görə yayın 100 günü ərzində adi kürən qarışqa yuvası 2 milyon ziyanverici həşəratı məhv edir.
 
Qarışqaların arasında dünyanın ən təhlükəli həşəratlarına rast gəlmək olar. Məsələn, 30 ədəd güllə-qarışqanın dişləməsi insanı öldürə bilər. Onların dişləyi bütün arı növlərinin sancmasından daha ağrılı olur.