YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Behbudov Rəşid Məcid oğlu

Behbudov Rəşid Məcid oğlu
 
Azərbaycanın estrada və opera müğənnisi (tenor), aktyor.
 
SSRİ Xalq artisti (1959). Sosialist Əməyi Qəhrəmanı (1980). Stalin II dərəcəli mükafatının (1946) və Azərbaycan SSR Dövlət mükafatının laureatı (1978).
 
Rəşid Behbudov 1915-ci il dekabrın 1-də Tiflis (indiki Tbilisi, Gürcüstan) şəhərində anadan olub.
 
1933-cü ildə Dəmiryol Texnikumuna qəbul edilib və burada tələbələrin özfəaliyyət orkestrinin təşkilatçısı olub.
 
1944-1956-cı illərdə R.Behbudov Azərbaycan Filarmoniyasının, 1953-1960-cı illərdə isə Fikrət Əmirovun “Sevil” operasında (Balaş) və Üzeyir Hacibəylinin “Arşın mal alan” musiqili komediyasında (Əsgər) əsas partiyalarını ifa etdiyi Mirzə Fətəli Axundov adına Azərbaycan Opera və Balet teatrının solisti olub.
 
1945-ci ildə Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilən “Arşın mal alan” musiqili filmində baş rolda çəkilib. Sonradan daha bir neçə bədii filmdə rol alıb.
 
1957-ci ildə Azərbaycan Filarmoniyasının nəzdində caz üslubu və Azərbaycan xalq çalğı alətlərini birləşdirən konsert ansamblını yaradır və onun bədii rəhbəri olur (1957-1959).
 
1966-cı ildə R. Behbudov Azərbaycan mahnı teatrını (hazırda onun adını daşıyan) təşkil edir, son günlərinə qədər bu teatrın bədii rəhbəri və solisti olur.
 
Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskvada dünyasını dəyişib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.