YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ərik

Ərik gülçiçəklilər fəsiləsinə aid ağac və kolluq növündən olan meyvə bitkisidir. Orta Asiya, Qafqaz, Ukrayna, Moldova və Rusiyanın cənub bölgələrində bitir.
 
Ərik ağacı adətən 5-8 metr hündürlüyə qədər boy atır, lakin bəzən 17 metr hündürlüyü olan ağaclara da rast gəlmək olur.
 
Yeməli meyvələrin tərkibində çoxlu şəkər, C və A vitaminləri, nişasta, alma və limon turşusu var. Əriyin meyvələri qan azlığı zamanı çox xeyirlidir, həmçinin beyinin aktiv fəaliyyəti üçün orqanizmə vacib olan fosfor və maqnezium ilə zəngindir.
 
Ərik çiy şəkildə yeyilir, ondan mürəbbə, cem bişirir və şirə hazırlanır.