YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Bal

Arı balı bal arısının çinədanında qismən həzm olan nektar məhsuludur.
 
Balın tərkibinə 70-dən artıq qidalı və orqanizmimiz üçün xeyirli maddə daxildir. O, 13-22 faiz sudan, 75-80 faiz karbohidratdan (qlükoza, fruktoza, saxaroza), həmçinin az miqdarda B, E, K, C vitaminlərindən və fol turşusundan ibarətdir. Tərkibinə görə çiçək və şirə balına ayrılır.
 
Ən populyar növlərə akasiya, qarabaşaq, cökə və quşüzümü balı aiddir.
 
Bal bakterisid keyfiyyətə malikdir, maddələr mübadiləsini gücləndirir, iltihab əleyhinə istifadə olunur.
 
O, mədə-bağırsaq traktının fəaliyyətini, yuxunu normaya salır, daxili orqanların funksiyalarını, orqanızmin müdafiə gücünü stimullaşdırır. Xarici istifadə zamanı bütün mikrobları zərəsizləşdirir və məhv edir.