YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yelloustoun Milli Parkı

Yelloustoun milli parkı
 
Yellowstone National Park
 
Yelloustoun milli parkının əsası 1872-ci ildə ABŞ-da qoyulub. Planetimizin ən qədim milli parkdır. Üç ştatın (Vayominq, Aydaho və Montana) kəsişməsində, qayalıq dağlardakı yüksək yaylada yerləşir. Ərazisi təxminən 9 min kvadrat kilometrdir.
 
1976-cı ildə unikal landşaftı, heyrətamiz təbii abidələri və burada yaşayan nadir heyvan növləri sayəsində parka beynəlxalq biosfer qoruğu statusu verilib.
 
Parkın yerləşdiyi ərazi təbii möcüzələrlə zəngindir, belə ki, burada ABŞ-ın ən böyük dağ gölü, çoxsaylı şəlalələr (300-dən artıq), kanyonlar, göllər, çaylar, mağaralar və iynəyarpaqlı meşələr yerləşir.
 
Qoruğun flora və faunasını 2 mindən artıq bitki növü və 600-dən çox məməli, balıq, quş və sürünən növü təşkil edir.
 
Çoxsaylı qeyzerlər, isti bulaqlar və palçıq vulkanları Yelloustoun milli parkına dünya şöhrəti gətirib.
 
Parkın ərazisində 3 minə yaxın qeyzer mövcuddur. Onların içərisində dünyanın ən böyük - “Steamboat Geyser” qeyzeri, həmçinin isti su şırnağını 40 metrdən hündürə püskürən məşhur “Old Faithful” qeyzeri də var.
 
Yelloustoun milli parkı ABŞ-da ən çox ziyarət olunan parklardan biridir. Hər il bura 2 milyondan çox turist gəlir. Park 1978-ci ildən etibarən UNESCO-nun Dünya irsi obyektidir.