YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İlandağ

İlandağ
 
Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisində yerləşən dağ.
 
Ən hündür nöqtəsi dəniz səviyyəsindən 2415 metr yüksəklikdə yerləşir.
 
Dağın adı iki söz birləşməsindən - Azərbaycan dilində “ilan” və “dağ” sözlərindən yaranıb.
 
İlandağın adı ilə bağlı bir neçə əfsanə mövcuddur. Onlardan birinə görə dağda və ətraf ərazilərdə çox sayda ilan olduğundan yerli əhali buranın adını İlandağ qoyub.
 
Digər əfsanəyə görə, keçmiş zamanlarda dağ İnandağ adlanıb. Yerli əhali bu adı dağa Nuh peyğəmbərin verdiyini deyirlər. O, öz gəmisi ilə üzərkən qarşısına çıxan bütün dağlara adlar qoyurmuş.
 
Elə bu əfsanədə, ikiyə ayrılmış dağ zirvəsinin qeyri-adi quruluşuna da izahat verilir. Əfsanəyə görə Nuh peyğəmbərin gəmisi zərbə ilə dağa dəyib və bunun təsirindən dağ zirvəsi iki hissəyə parçalanıb. Bu səbəbdən dağ üçüncü – Haçadağ adını alıb.