YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Buqələmun

Buqələmunlar (lat.Chamaeleonidae) sürünənlər sinfindən olub, ağac həyat tərzinə uyğunlaşmış, bədəninin rəngini dəyişməyə qadir heyvanlardır. 
 
Buqələmunun vəhşi təbiətdə təqribən 135 növü var.
 
Növlərin çoxunun bədəninin uzunluğu 30 santimetrdir, ən irilərinin uzunluğu 50-60, ən kiçiklərinin uzunluğu 3-5 santimetrə çatır. 
 
Buqələmun tropik meşələrin hamısında, savannalarda, bəzən Afrikanın Böyük səhradan cənubda yerləşən səhra və çöllərində, Madaqaskar adasında, Cənubi Avropada, Yaxın Şərqdə, Cənubi Hindistanda, Şri-Lankada və Hind okeanının qərb hissəsindəki xırda adalarda yaşayır. 
 
Buqələmun ov zamanı uzun müddət ağacın budaqlarında oturur, bədəni hərəkətsiz, gözləri isə daim hərəkətdə olur. Həşəratları dilinin ucundakı alıcı və əmici orqanla tutur. O, müxtəlif həşəratları üç saniyədə tanıya və ovlaya bilir. 
 
Bədəninin rəngini və şəklini dəyişmək bacarığı bütün buqələmunlara xasdır. Rənginin dəyişməsi dəri örtüyünün quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Buqələmunun bədəninin rəngi temperatur, işıq və rütubət kimi xarici qıcıqlandırıcıların, eləcə də  aclığın, susuzluğun, qorxunun və qıcıqlanmanın təsiri altında dəyişir.
 
Buqələmun gündüz həyat tərzi sürür, çünki yuxuda dərisinin rənginə nəzarəti itirir. Bu zaman onların rəngi solur və yırtıcı heyvanlarin diqqətini cəlb edir. 
 
Buqələmunun ən böyük növü nəhəng Malaqasiya buqələmunudur. Madaqaskar cəngəlliklərində yaşayan bu buqələmunun uzunluğu 70 santimetrə çatır.