YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

And dağları

Yer kürəsinin ən uzun dağ silsiləsi və ən uca dağlarından biri.
 
Cənubu Amerikanın bütün Sakit okean sahili boyunca şimaldan cənuba 9 min kilometr uzanan And dağları dar sahil xəttini qitənin digər hissəsindən ayırır.
 
And dağ silsiləsinin ən hündür zirvəsi Argentinanın ərazisində yerləşən Akonkaqua dağıdır. Akonkaqua dağının hündürlüyü 6960 metr, And dağlarının orta hündürlüyü isə təxminən 4000 metrdır. Bəzi yerlərdə eni 500 kilometri keçir. 
 
O, ən iri okeanlar-arası su ayrıcıdır. Silsilənin şərqindən Atlantik okeanı hövzəsinin, qərbindən isə Sakit okean hövzəsinin çayları axır.
 
And dağları 5 iqlim qurşağında yerləşir, şərq və qərb yamaclarının iqlimi kəskin fərqlənir.
 
Dağ silsiləsi Cənubu Amerikanın 7 dövlətinin – Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili və Argentinanın ərazisindən keçir.
 
4500 metrdən yuxarı daimi qar və buz qurşağı başlasa da, 2500-3800 metr hündürlükdə əkinçilik üçün yararlı torpaqlar yerləşir. Əhalisinin böyük hissəsi məhz burada yaşayır və iri şəhərlərin əksəriyyəti burada yerləşir.
 
And dağlarında yaşayan xalqların ən məşhuru inklərdir. İnklərin Maçu-Pikçu adlı qədim şəhərinin xarabalıqları indiyə qədər də Perunun dağlarında qalır.