YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Diana Frensis Spenser

Diana Frensis Spenser
 
(İng. Diana Frances Spencer)
 
1981-ci ildən 1996-cı ilə qədər Uels şahzadəsi, Britaniya taxtının varisi Çarlzın ilk həyat yoldaşı, Uilyam və Harri şahzadələrinin anası.  Uels şahzadəsi Diana (ing. Diana, Princess of Wales) – əsl adı Diana Frensis Spenser. Şahzadə Diana adı ilə məşhurdur.
 
Xeyriyyəçilik və sülhməramlı fəaliyyətlə aktiv məşğul olub. Piyada əleyhinə minaların istehsalının dayandırılması və QİÇS-lə mübarizə uğrunda hərəkatın fəalı olub. Xeyriyyəçilik, xəstə və evsiz qalan uşaqlara yardım missiyaları ilə Anqoladan Bosniyaya qədər bir çox ölkəyə səfər edib.
 
Diana QİÇS xəstələrinə yadım fonduna, Mardsen Kral Fonduna, cüzam üzrə missiyaya, “Great Ormond Street Hospital” uşaq xəstəxanasına və İngiltərə Milli Baletinə maliyyə dəstəyi göstərib.
 
1997-ci ildə Paris şəhərində avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Ölümündən sonra onun fəaliyyətini davam etdirən şahzadə Diana adına xeyriyyə fondu yaradılıb.