YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mənzərə janrı

Təsviri sənətin geniş yayılmış bu janrı özündə təbiət təsvirlərini yaşadır.
 
Qədim neolit dövründə ilkin işartılarına rast gəlinən mənzərə janrı özünün sonrakı inkişafını Şərq ölkələrinin kitab miniatürlərində və Çin rəngkarlığında, daha qabarıq şəkildə isə Qərbi Avropa incəsənətində sərgiləmişdir. 
 
Azərbaycan təsviri sənətində mənzərə janrına məna-məzmun və ovqat daşıyıcısı kimi əhəmiyyət verilmişdir.
 
Bunu ilk növbədə Təbriz miniatür məktəbi nümunələrində, eləcə də Ə.Hüseynzadə, N.Rasim, B.Kəngərli, S.Bəhlulzadə, S.Haqverdiyev, H.Qasımov, N.Əbrürrəhmanov, Ç.Əzizov, Ə.Səlimov, Ə.Fərəcoğlunun müxtəlif texnikada işlənmiş əsərlərində müşahidə etmək mümkündür.