YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Seyidov Nadir Mir İbrahim oğlu

Azərbaycanın görkəmli kimyaçı alimi.

 

Akademik Nadir Seyidov 1932‐ci il aprelin 28‐də Naxçıvan şəhərində anadan olub. 1955‐ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.

 

N.Seyidov 1960‐cı ildə texnika üzrə fəlsəfə doktoru, 1970‐ci ildə kimya elmləri doktoru elmi dərəcəsini və professor elmi adını alıb, 1989‐cu ildə Azərbaycan EA‐nın müxbir üzvü, 2001‐ci ildə həqiqi üzvü seçilmişdir.

 

N.Seyidov 1955‐ci ildə Elmi İstehsalat Olefinlər İnstitutunda laborant, kiçik elm işçisi, sektor rəhbəri, şöbə müdiri (1957‐1961), Elastomerlər laboratoriyasının rəhbəri (1961‐1992), “Elastomer” kiçik müəssisənin direktoru (1992‐1994), Elmi İstehsalat Olefinlər İnstitutunun direktorunun elmi işlər üzrə müavini (1995‐1997) işləyib.

 

O, Azərbaycan Milli Elmlər Akademiyasının Neft‐Kimya Prosesləri İnstitutunda baş elmi işçi‐məsləhətçi (1997‐2008), AMEA‐nın Kimya Elmləri Bölməsinin akademik‐katibinin müavini (2007‐2008), AMEA‐nın Kimya Elmləri Bölməsinin akademik‐katibi (2008‐2013) vəzifələrində çalışıb.

 

N.Seyidovun elmi fəaliyyəti əsasən polimer kimyası və neft‐kimya sintezi problemlərinin həllinə yönəlib. Görkəmli alim Azərbaycanda polimer kimyası sahəsində geniş tədqiqatlar aparan yüksək ixtisaslı kadrların hazırlanmasında xüsusi əməyi olan alimlərdən biridir.

 

Görkəmli alimin rəhbərliyi ilə dünya praktikasında məlum olmayan metallik alüminium və xlorkarbohidrogenlər əsasında yüksək aktivliyə və stabilliyə malik olan yeni növ katalizatorlar yaradılmışdır. Bu katalizatorlar sənaye miqyasında Sumqayıt, Nijnekamsk, Tolyatti istehsalat birliklərində müvəffəqiyyətlə tətbiq olunub.

 

N.Seyidovun elmi tədqiqatlarının nəticələri 365 elmi əsərdə, o cümlədən yüz müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapıb, əsərlərinin çox hissəsi xaricdə çap olunub. Onun elmi rəhbərliyi altında iki elmlər doktoru və 33 fəlsəfə doktoru hazırlanıb.

 

N.Seyidov bir sıra orden və medallarla, həmçinin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

 

Akademik Nadir Seyidov 2015‐ci il oktyabrın 5-də Bakıda vəfat edib.