YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ağ Ev

Ağ Ev Birləşmiş Ştatlar prezidentinin Vaşinqton şəhərində yerləşən rəsmi iqamətgahıdır. Prezident burada yaşayır, işləyir, qonaqları qəbul edir. “Ağ ev” adı ilk dəfə prezident Teodor Ruzveltin vaxtında meydana çıxıb. O vaxta qədər iqamətgah, sadəcə olaraq "Prezident evi" adlandırılırdı. 1814-cü ildə Ağ Ev britaniyalılar tərəfindən yandırıldı. İndiki Ağ Ev ABŞ prezidentlərinin ikinci iqamətgahıdır. 1791-ci ildə prezident iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli Amerika arxitektoru Ceyms Hoben qalib gəlib və Ağ Ev onun layihəsi əsasında tikilib. Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və bina 8 ilə tikilib.