YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hobbi

Hobbi - insanın könüllü surətdə, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyətidir. Hobbi insanın çox vaxt özünü tanımasına köməkçi olur. Aparılan bir çox araşdırmalar bədbəxt insanların 38 faizinin heç bir hobbisinin olmadığını üzə çıxarıb. Sizin boş vaxtlarınızda həvəslə məşğul olduğunuz istənilən məşğuliyyət növü – hobbidir. 


Bu kolleksiya yığmaq – məsələn, marka, sikkə və ya mineral daşların yığılması ola bilər. Hörgü, naxış, taxta oyma kimi əl bacarığı tələb edən işlər də hobbi ola bilər. Hobbi şəkil çəkmək, fotoqrafiya və əl işləri kimi yaradıcı da ola bilər. Eləcə də şahmat, tennis, üzgüçülük və ya yelkənli qayıq idmanı kimi hər hansı bir idman növü də ola bilər. Hər bir hobbidən aldığın ləzzətin bir hissəsini səninlə eyni marağı bölüşən adamlarla bir yerdə məşğul olmaq təşkil edir. Hobbi sayəsində maddi gəlir əldə etmək də mümkündür. Kolleksiyaçılar öz kolleksiyalarındakı bəzi nümunələri dəyişməklə və ya satmaqla gəlir əldə edə bilərlər.