YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Məmmədəliyev Yusif

1942-ci il dekabr ayının 31-i idi. Həmin gün hamı 37 yaşı tamam olan gənc alim Yusif Məmmədəliyevi təbrik edirdi. Bu təbriklər yalnız doğum günü münasibəti ilə deyil, eyni zamanda Y.Məmmədəliyevin yeni kəşfinə görə idi. O, aviasiya üçün yeni, yüksək keyfiyyətli yanacaq icad etmişdi. Məhz bunun sayəsində II Dünya müharibəsi zamanı faşistlərlə gedən döyüşlərdə sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirmişdi. Bununla əlaqədar o dövrün qəzetləri yazırdı: 
"Sovet aviasiyasının məşhur qəhrəmanlarından, igid qırıcı-təyyarəçilərdən soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Bir ağızdan deyəcəklər: Yakovlev, Mikulin və Məmmədəliyev – onlar bir iş gördülər: sovet təyyarəçilərinə hamıdan yüksəkdə, hamıdan uzağa uçmağa kömək etdilər”. 


Gənc alimin elmi kəşfi yüksək qiymətləndirildi. O, Ali Baş Komandan Stalinin təşəkkürü ilə mükafatlandırıldı, Lenin ordeni ilə təltif olundu. O dövrdə bu, SSRİ-də ən yüksək mükafat idi. Yusif Məmmədəliyev kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adı aldı. 

 

1954-cü il noyabr ayının 19-da Yusif Məmmədəliyev digər böyük ixtirası ilə dünya elminə yeni töhfə verdi. Belə ki, onun icad etdiyi bərk raket yanacağının köməyi ilə sovet kosmik raketləri atmosferi yarıb orbitə çıxa bildi və dünyada ilk dəfə olaraq 1957-ci il oktyabr ayının 27-də məhz sovet süni peyki çəkisizlik şəraitinə qalxdı. 


Bütün bu yüksək nailiyyətləri nəzərə alaraq SSRİ-nin elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini irəli sürdülər. Həmin məsələ 1957-ci il dekabrın 29-da Moskvada dövlət səviyyəsində keçirilən iclasda müzakirəyə çıxarıldı. İclas iştirakçıları Yusif Məmmədəliyevin kəşfi ilə bağlı sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanmış bir məktub üzə çıxdı. Məktubda Sovet Ordusunun marşalı Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın açıqlanmasını məsləhət görmürdülər. Bir çoxları məktubda yazılanlara etiraz etdilər. Lakin ticarət naziri Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. 


Beləliklə, üç yüksək vəzifəli erməninin işə qarışması ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.
Lakin bu dahi şəxsiyyətin fəaliyyəti həmişə yüksək elmi dairələrin diqqət mərkəzində olmuş, layiqli qiymətini almışdır. 1945-ci ildə SSRİ Elmlər Akademiyasının prezidenti B.L.Komarov Yusif Məmmədəliyevin fəaliyyətini yüksək qiymətləndirərək demişdi: "Təkcə Yusif Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır”. Doğrudan da, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis edildi. Müharibədən sonra Yusif Məmmədəliyev Akademiyanın prezidenti, Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrində çalışdı. 

 

Görkəmli alim 1961-ci ildə dünyasını dəyişdi. Elmin inkişafında böyük xidmətlərinə görə 1998-ci ildə Bakıda, Elmlər Akademiyasının Rəyasət Heyətinin binası yanında alimin heykəli qoyuldu.